Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB
1-12-2021, 15:06
303

Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.
Onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.
*** 14:26
DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanlar II Şəhidlər Xiyabanında dəfn olunur.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, DSX generalları, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov, Dövlət Gömrük komitəsinin sədri,  gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Azərbaycan Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Oxşar xəbərlər