Elnarə ərini müdafiə etdi: “Şərə görə cavab verəcəksən”
2-12-2021, 14:09
147

Elnarə ərini müdafiə etdi: “Şərə görə cavab verəcəksən”

Müğənni Elnarə Xəlilova hərbçi həyat yoldaşı Rövşən Cahangirovun şəhidlərimizin vida mərasimində jurnalistlərə hücum çəkməsi ilə bağlı yayılan xəbərlərə cavab verib. 
Olay xəbər verir ki, o, instaqram hesabında məsələyə aydınlıq gətirib. Elnarə bu sözləri yazıb:
"Xanımını da tanımıram ki, soruşum, görüm, mənim ərim müharibədə olanda sən harada idin? Sən kimsən, nəçisən? Axı sənə yerini göstərdilər, dedilər, gözlə hamı kimi, hamı üçün ayrılmış vaxt və yer var. Yoxsa elə bilirsən Mirşahin Ağayevsən? Mirşahinin "M" hərfi də ola bilməzsən. Ay "like" dalınca qaçan "zurnalist". Sənə zor tətbiq olunsaydı, bunu çalışdığın telekanal yayımlayardı, feysbuk səhifəndə paylaşmazdın. 
Kim də bilməsə, biz media işçiləri çox yaxşı bilirik operatorların fəndlərini. Kameranı çiyindən yerə salmaq fəndi ki, guya buna zor tətbiq edilib. Heç olmasa şəhidə hörmət qoyardın. Mən nədən danışıram axı? Şəhidə hörmət? Vətən müharibəsində şəhidə gey deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan? Ar olsun sənin kimi jurnalistlərə. Belə ağır bir gündə özünüzə şou yarada bildizsə, daha sizə sözüm yoxdur. Ona görə də danışma. Sənin haqqın yoxdur haqdan danışmağa. Həmin tədbirdə 200-ə yaxın mətbu orqan olub. Hamı da kamera ilə. O necə yumruq idi ki, biri də görmədi və çəkmədi? Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz".


Qeyd edək ki, sənətçinin açıqlamasını təhqirlər silinmiş halda təqdim edirik. 

Oxşar xəbərlər