Beyləqanda şəhid bulağının qarşısında obyekt tikilir? - VİDEO
3-12-2021, 16:02
145

Beyləqanda şəhid bulağının qarşısında obyekt tikilir? - VİDEO

Beyləqanda bir qrup şəhid ailəsi şəhid bulağının qarşısında yeni tikilən obyektdən narazıdır. Şəhid ailələri iddia edirlər ki, tikilməkdə olan obyekt bulağın ümumi görünüşünə xələl gətirəcək və şəhidlərin adını daşıyan abidə kompleksi tikintinin arxasında qalacaq.
Sakinlərin sözlərinə görə, Vətən müharibəsindən sonra şəhidlərin xatirəsini əbədiləşdirmək üçün şəxsi vəsaitləri hesabına bulaq-abidə kompleksi tikdiriblər. Tikintidən bir neçə gün sonra isə bulağın bir nəçə metrliyində başqa bir obyektin tikintisinə başlanılıb.
Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, həmin torpaq sahəsi sahibkara məxsusdur və tikinti işləri tam qanunla, lazımi dövlət qurumlarının icazəsi ilə aparılır.
Ətraflı BAKU.TV-nin süjetini təqdim edirik:




Oxşar xəbərlər