Səidə Dadaşova mərhum həmkarından yazdı: "Sənsizlik yaman çətindir"- FOTO
3-12-2021, 18:21
217

Səidə Dadaşova mərhum həmkarından yazdı: "Sənsizlik yaman çətindir"- FOTO

Müğənni Səidə Dadaşova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. 
Sənətçi instaqram hesabında bir müddət əvvəl ağır yol qəzasında həyatını itirən həmkarı Aslan Hüseynovla çəkilən fotolarını yayımlayıb.  
İfaçı şəkillərə "Sənsizlik yaman çətindir, doğmadan da doğmam..." sözlərini də əlavə edib. 
Qeyd edək ki, Aslan Hüseynov bu ilin mayında anasının 7 mərasimindən sonra Gəncədən Bakıya gələrkən avtomobil qəzasına düşüb. Təcili olaraq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və sənətçi vəfat edib. 


Oxşar xəbərlər