"Səhhətində irəliləyiş yoxdur, əksinə gerilik var" - AÇIQLAMA
6-12-2021, 11:17
142

"Səhhətində irəliləyiş yoxdur, əksinə gerilik var" - AÇIQLAMA

"Ağakərimin səhhətində heç bir dəyişiklik yoxdur. Günü-gündən pisə doğru gedir". 
Bunu açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən həmkarı Ağakərim Novruzovun səhhətindən danışarkən deyib. 
Onun sözlərinə görə Kərimin sağlıq durumu daha da pisləşib:
"Bir neçə gün əvvəl yanına getmişdim. Səhhətində heç bir irəliləyiş yoxdur. Əksinə gerilik var. Həkimlər deyir tərpənməsin yerindən. Nə danışır, nə də  tərpənir. Yeyib-içməyi də normal deyil. Allaha ümid edirik". 
Qeyd edək ki, meyxana ifaçısı Ağakərim Novruzov 2017-ci ilin mart ayında insult keçirib.

Oxşar xəbərlər