Qarakənd faciəsindən Qaraheybətə qədər helikopter qəzaları - ARAŞDIRMA
6-12-2021, 12:03
220

Qarakənd faciəsindən Qaraheybətə qədər helikopter qəzaları - ARAŞDIRMA

30 noyabr 2021-ci ildə Azərbaycana məxsus "Mi-17" tipli hərbi helikopterin qəzaya uğraması ölkə tarixində ikinci, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki birinci ən böyük aviasiya qəzası oldu. 
Ümumiyyətlə, indiyədək bir neçə hərbi helikopter qəzaya uğrayıb və ya vurulub?

Müstəqil Azərbaycan tarixində "Qarakənd" faciəsindən "Qaraheybət" hadisələrinə qədər olan bütün helikopter qəzalarını, eləcə də qəza enişlərini təqdim edirik:
Əvvəlcə onu deyək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına "Mi-2", "Mi-6", "Mi-8", "Mi-17", "Mi-24", "Mi-35M", eləcə də "Mİ-171", "Mi-172", "Ka-27","Ka-32" tipli helikopterlər və onların modernizə edilmiş variantları daxildir. Son 30 ildə onlardan yalnız 3-ü bədbəxt hadisə ilə üzləşib - "Mi-8" ("Mi-8T"), "Mi-17" və "Mi-24G". 
Azərbaycan xalqını yasa batıran ən böyük helikopter qəzası 20 noyabr 1991-ci ildə baş verib. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən "Mİ-8" vertolyotu vurulub. Nəticədə aralarında yüksək rütbəli şəxslər də olmaqla Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər və 3 nəfər ekipaj üzvü həlak olub. 
Qarakənd faciəsinin gizli məqamları: Əslində nə baş
28 yanvar 1992-ci il tarixində Ağdam-Şuşa maşurutu üzrə hərəkət edən "Mi-8T" helikopterinin erməni işğalçı qüvvələri tərəfindən vurulması nəticəsində içərisində 44 nəfər dinc sakin terror qurbanına çevrildi.  
12 oktyabr 2007- "AZAL Helicopter"ə məxsus "Mi 8T" vertolyotu xəstə neftçini təxliyə etmək üçün Zabratdan qalxaraq "Xəzər 4" platformasına gəlib. Xəstəni götürən vertolyot platformadan 12 metr aralıda naməlum səbəbdən qəzaya uğrayıb. Hadisə yeri sahildən 20 km aralıda idi. Vertolyotun qalıqları 12 metr dərinlikdə aşkar edilib. Qəzada 4 ekipaj üzvü və 2 pilot həlak olub. 
11 fevral 2013-cü ildə Azərbaycan HHQ-nə məxsus 1 ədəd "Mi-17" hərbi vertolyotu Şıx qəsəbəsi yaxınlığında qəzaya uğrayaraq Xəzər dənizinə düşüb, nəticədə 3 nəfər heyət üzvü həlak olub.
2 aprel 2016-cı il tarixində cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən "Mi-24G" tipli döyüş helikopterinin vurulması nəticəsində helikopterin pilotları – Urfan Vəlizadə, Təbriz Mustafazadə və Bəkir İsmayılov şəhid olub.
27 may 2017-ci ildə "Neft Daşları"na gedən "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi qəza enişi edib, xəsarət alan olmayıb. Qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.
Azerbaycan helikopteri Giresun sahiline zorunlu iniş yaptı
Bu ilin may ayının 20-də Türkiyənin Tirebolu rayonunda içində 6 hərbçinin olduğu Azərbaycanın "Mİ-17" helikopteri texniki nasazlıq səbəbindən təcili eniş edib. Helikopterə ekspertlər tərəfindən baxış keçirilib və o, təmir işlərindən sonra, mayın 21-də növbəti sınaq uçuşu həyata keçirib. Lakin helikopter səmaya qalxdıqdan 5 dəqiqə sonra texniki nasazlıqla əlaqədar yenidən eniş edib. Bundan sonra helikopterdə yenidən təmir işləri aparılıb.
Bu ilin noyabr ayının 30-da Dövlət Sərhəd Xidmətinin "Mi-17" tipli hərbi helikopterinin qəzaya uğraması səbəbindən 14 nəfər hərbçi həlak olub, 2 nəfər isə yaralanıb. 
Azərbaycanda vurulan helikopterləri nəzərə almasaq, texniki nasazlıq və ya bəlli olmayan səbəblərdən qəzaya uğrayan, həmçinin qəza enişi edən vertolyotların əksəriyyəti "Mi-17" tipli hərbi vasitələrdir. 
İndi əsas iş ölkənin hərbi rəhbərliyinin üzərinə düşür. Onlar sözügedən qəzaları nəzərə alaraq "Mi-17"ləri modernizə edə, eləcə də onları qara siyahıya ala bilərlər. Çünki söhbət Azərbaycan hərbçisinin-zabitinin canından gedir.  
DSX-nın qəzaya uğramış helikopterinin qalıqları - FOTOLAR
Məlumat üçün deyək ki, Azərbaycanda baş verən ən son helikopter faciəsini də nəzərə alsaq, son 10 ildə dünyada "Mi-17" vertolyotları 23 dəfə qəzaya uğrayıb. 
Qiyməti 2,4 milyona olan "Mi-17" vasitələri təkcə bu il 4 dəfə qəza edib. 
Buna baxmayaraq, hətta ABŞ kimi ölkələr də Rusiya istehsalı olan bu vertolyotları almaqda maraqlıdır. Lakin Amerika 13 il əvvəl Rusiyadan aldığı 22 ədəd "Mi-17"-ni özünün zavodlarında modernizasiyadan keçirmişdi. 
Yəqin ki, günü-gündən yeniliklər gətirən, dəyişən texnologiya dünyamızda, hətta pilotsuz helikopterlərin istifadə edildiyi hərb sənayesində SSRİ dövründən qalma hərbi texnikalardan imtina edilməsinə bir daha baxılmalıdır. 

Oxşar xəbərlər