Bakı şəhərinin Xətai prospekti, 40A ünvanında yaşayan bir qrup bina sakini “Bəm-Bəyaz” MTK-dan “Unikal”a şikayət ediblər.
Sakinlər şikayətində bildiriblər ki, binanın tikintisinə 2005-ci ildə başlanılıb və 2009-cu ildə başa çatıb. Bu bina sakinlərin vəsaiti hesabına tikilib.
"2010-cu ildən başlayaraq sakinlər binaya köçməyə başlayıb. 2015-ci ildə mənzil dövlət qəbul aktı ilə qeydiyyata götürülüb və bina sakinlərinə çıxarışlar verilib. O vaxtdan bu günə kimi “Bəm-Bəyaz” Mənzil Tikinti Kooperativi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına imkan vermirdi. 2021-ci ilin may ayında binanın sakinləri tərəfindən ümumi yığıncaq keçirildi, idarə heyəti yaradıldı, Mənzil Məcəlləsinə uyğun olaraq idarəedici şirkətlə müqavilə imzalandı.Bütün bina sakinləri də müqavilə imzaladığımız şirkətdən razılığını bildirir. “Bəm-Bəyaz” MTK bir müddət idarəedici şirkətin fəaliyyət göstərməsi üçün kiçik bir otaq ayırdı. Bu şirkətlə aylığı 400 manata icarə haqqı müqaviləsi bağladılar. Həmin şirkət 5 ay orada fəaliyyət göstərdikdən sonra, dedilər ki, siz ancaq sakinlərin dediklərini edirsiz, bizim dediklərimizi etmirsiniz, buna görə də sizi çıxarırıq. Həmin şirkət 3 aydan bir hesabat verir ki, nə qədər vəsait toplanıb və hara xərclənib. Amma “Bəm-Bəyaz” MTK-nın vaxtında, yığılan vəsaitin hara xərclənməsi ilə bağlı heç bir zaman hesabat verilməyib. Dəfələrlə sakinləri məhkəməyə veriblər və bu məhkəmə işlərinin hər biri vətəndaşların xeyrinə bitib.
Noyabrın 20-dən müqavilə imzaladığımız şirkəti binadan çıxarıblar. Bina sakinləri olaraq öz vəsaitimiz hesabına yüngül konstruksiyalı butka sifariş etdik ki, həyətdə yerləşdirək, müqavilə imzaladığımız şirkət orada fəaliyyətini davam etdirsin. Onu gətirdik, həyətə buraxmadılar. İkinci dəfə gətirib qoyduqdan sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Anar Məmmədovun göstərişi ilə polis əməkdaşları tərəfindən həmin ərazidən götürüldü. Bina sakinlərinin öz vəsaiti hesabına aldığı mülkiyyəti binanın həyətinə qoymağa imkan vermirlər".
Sakinlər onu da qeyd edir ki, “İnturavto” ASC-nin sədri 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə çoxmənzilli binanın tikilməsi üçün müraciət edib.
"Elə həmin il binanın tikilməsi üçün sərəncam verilib. Orada göstərilib ki, “İnturavto” ASC-yə məxsus 3000,0 kv.m qeyri-yaşayış sahəsi öz hesabına sökülsün və yerində çoxmənzilli bina inşa edilsin. Orada qeyd olunub ki, torpaq dövlət kadastr qeydiyyatında olduğu üçün (dövlət torpağı olduğuna görə) Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə icra müqaviləsi bağlanılsın. 5419,5 kv.m. qeyri-yaşayış sahəsinin 3000,0 kv.m. hissəsində yaşayış binası tikilməli idi. Həmin tikilinin bir hissəsi sökülüb və bina tikilib. 2021-ci ildə torpaq “İnturavto” ASC tərəfindən özəlləşdirilib. Mənzil Məcəlləsinin 35-ci maddəsində göstərilir ki, binanın ərazisində yerləşən torpaq sahəsi yalnız bina sakinlərinin ümumi yığıncağının razılığı ilə özəlləşdirilə, icarəyə verilə və ya tikinti işləri aparıla bilər. Bu illər ərzində torpaq zəbt olunub və indi isə özəlləşdirilib. Texniki pasportda da göstərilir ki, onların torpaq sahəsi olmayıb. Sərəncamda o, da qeyd olunub ki, torpaq dövlətindir. Hazırda bina sakinləri olaraq torpaqla əlaqədar olaraq inzibati məhkəmədə iddia qaldırmışıq. Bakı şəhər İcra Hakimiyyəti, Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və “İnturavto” ASC-ni məhkəməyə vermişik. Bilmək istəyirik ki, bizim torpaq sahəsinin koordinantları haradır? Məhkəmə işi hazırda davam edir".
Sakinlər onu da qeyd edib ki, çoxmənzilli binanın tikintisi üçün ayrılmış torpaq sahəsinin (bina zəbt olunmuş ümumi istifadədə olan dövlət torpağında tikilib) və binanın qarşısında qalan digər ümumi istifadədə olan dövlət torpağının qeyri-qanuni satın alınmasından istifadə edən “İnturavto” ASC-nin rəhbərliyi (MTK-nın və ASC-nin sədri eyni şəxs olub) tərəfindən binanın həyətinə girişdə maneə (şlaqbaum) quraşdırılaraq sakinlərin 100-dək avtomobili binanın həyətinə aylıq 50 manat ödəniş müqabilində buraxılır. Qanunsuz olduğuna görə aylıq ödənişi etməyən onlarla kooperativ üzvünün avtomobili isə xəstələr, qocalar, qadınlar, uşaqlar nəzərə alınmadan binanın həyətinə buraxılmayır.
Bina sakinləri ümumi istifadədə olan torpaq sahəsinin zəbt olunması ilə bağlı çox vacib olan bir məsələni də nəzərə çatdırmaq istəyirlər:
"Bizim bina nəqliyyət vasitələrinin çox intensiv hərəkəti olan yol qovşağının kənarında yerləşir. Yaxın vaxtlaradək binanın yanından keçən avtomobil yolunun kənarı ilə piyada yolu da var idi. Bina ilə qonşuluqda yerləşən “İnturavto” ASC tərəfindən həmin piyada yolu da zəbt edilərək ora ağaclar əkildi və cəmiyyətin torpaqlarına qatıldı. Nəticədə, həmin yol ilə hərəkət edən sakinlərin hərəkəti üçün də ciddi təhlükə yaradıldı. Belə ki, hal-hazırda insanlar həyatlarını təhlükəyə ataraq intensiv hərəkət olan avtomobil yolunun içi ilə hərəkət etmək məcburiyyətində qalmışlar. Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülməli və əvvəllər mövcud olmuş piyada yolu bərpa olunmalıdır.
Sakinlər onu da qeyd edir ki, Heydər Əliyev Mərkəzinin açılışı zamanı “İnturavto” ASC-nin 2400 kv.m.qeyri-yaşayış sahəsi sökülüb və səhdmarlara təzminat ödənilib:
"Belə ki, qeyd olunan yer sökülüb və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən səhmdarlara 5 milyon manata yaxın vəsait ödənilib. Həmin vəsaitdən səhmdarlara bir manat da olsun vəsait verilməyib. Nəzərdə tutulan hissə söküldükdən sonra həmin yerdə ofis və restoran tikiblər. Bu da qanun pozuntusudur. Həyətdəki restoran sakinlərin asudə vaxtını keçirməsinə mane olur. Bəzən orada xoşagəlməz hallar da yaşanır. Çoxmənzilli binanın qarşısında restoranın olması yolverilməzdir".
Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
Arxiv
« Май 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |