Övladı şagirdləri təhdid edən ana məktəbə hücum etdi - VİDEO
7-12-2021, 12:30
151

Övladı şagirdləri təhdid edən ana məktəbə hücum etdi - VİDEO

Paytaxtın Suraxanı rayonunda, 282 nömrəli tam orta məktəbdə şagirdin sinif yoldaşlarına qarşı nalayiq hərəkətlər etməsi, onları hədələməsi barədə məlumat vermişdik.
Sözügedən şagirdin valideyninin məktəbə gələrək dərs prosesinə mane olmasını əks etdirən video sosial şəbəkələrdə yayılıb:
Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməsilə bağlı məlumatlar yayılıb.
282 nömrəli tam orta məktəbdən verilən açıqlamaya görə, 7-ci sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilən və 2 saylı uşaq evində məskunlaşmış şagirddir. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir. Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10:00 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Məktəb tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə müvafiq araşdırma aparıldığı bildirilib.

Oxşar xəbərlər