BMT-nin Beynəlxalq Məhkəməsi hansı qərarı verəcək? – “Qurum nüfuzunu qorumaq istəyirsə...”
7-12-2021, 14:44
153

BMT-nin Beynəlxalq Məhkəməsi hansı qərarı verəcək? – “Qurum nüfuzunu qorumaq istəyirsə...”

BMT-nin Beynəlxalq Məhkəməsi bu gün "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Beynəlxalq Konvensiyanın pozulması iddiası üzrə qərar çıxaracaq.
 

Maraqlıdır, BMT-nin Beynəlxalq Məhkəməsi qarşlıqlı iddialarla bağlı necə qərar verə bilər? Məhkəmənin Azərbaycan, yaxud Ermənistan lehinə qərar verməsi gözləniləndirmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Elman Nəsirov BMT-nin öz imici üçün müsbət qərar qəbul etməli olduğunu bildirib:



"Hər kəsə gün kimi aydın olan məsələdir ki, bir milyondan artıq məcburi köçkün və qaçqının yaranmasının səbəbkarı Ermənistan dövləti olub. Onlar Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçiriblər. Eyni zamanda ermənilər Azərbaycanın tarixi abidələrini, mədəni irsini məhv ediblər. Biz bütün bu reaallıqların fonunda Ermənistana qarşı məhkəmə iddiası ilə çıxış etmişik. BMT öz simasını qoruyub saxlamaq üçün ədalətli bir qərar qəbul etməlidir. Əgər BMT Ermənistanın xeyrinə, yaxud balanslı qərar qəbul etsə, bu onsuz da nüfuzu xeyli zəifləmiş BMT-ə, onun strukturlaına və ədalət prinsipinə ağır zərbəolacaq. Ona görə də BMT ilk növbədə 30 ildə icra etmədiyi sənədləri icra edən Azərbaycana qarşı müsbət istiqamətdə qərar qəbul etməlidir.
BMT-nin nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, BMT-nin qəbul etdiyi qətnamələrin icrası məcburidir. Bu gün sözgedən təşkilatın üzərinə böyük məsuliyyət düşür. Onun laxlayan nüfuzu üçün doğru qərarın verilməsi vacibdir". 
 

Millət vəkili Sabir Rüstəmxanlı isə BMT-nin Ermənistan lehinə qərar çıxarmasının da mümkün ola biləcəyini qeyd edib:



"Mən bu məsələ ilə bağlı konkret olaraq necə qərar çıxarılmasını deyə bilmərəm. Ermənistan BMT-nin qətnamələrini bundan əvvəl də yerinə yetirməyib. BMT tərəfindən Ermənistanın növbəti yalan iddiasını təsdiqləyən qərar da çıxa bilər. Ermənistan həmişə öz yalanlarına, riyakarlıqlarına don biçməyi bacarır. Əgər biz yubansaq, işğaldan azad olunan ərazilərmizdəki dağıntılarla bağlı həqiqətləri dünyaya çatdırmasaq, sabah Ermənistan bunu fərqli formada təqdim edəcək. Azərbaycan təkcə BMT  məhkəməsində yox, Avropa məhkəməsində də sözügedən məsələlərlə bağlı iddia qaldırılmadır".

Oxşar xəbərlər