“Ən yaxşı qadın müğənni” mükafatını qazanan Hadisə sevgilisinə təşəkkür etdi
7-12-2021, 14:47
349

“Ən yaxşı qadın müğənni” mükafatını qazanan Hadisə sevgilisinə təşəkkür etdi

Türkiyəli pop-müğənni Hadisə Türkiyənin ən prestijli mükafat mərasimlərindən biri olan 47-ci "Altın Kelebek" mükafatlarının təqdimetmə mərasiminə sevgilisi Mehmet Dinçerlerlə qatılıb.

Cem Davran və Çağla Şıkelin aparıcılıq etdiyi gecədə Hadisə "Ən yaxşı qadın müğənni" mükafatına layiq görülüb.

Yaşıl tül detallı paltarla səhnəyə çıxan Hadisəyə mükafatı həmkarı Burak Kut təqdim edib.

Çıxışında qadın hüquqlarına da toxunan Hadisə sevgilisi Mehmet Dinçerlərə təşəkkür etməyi də unutmayıb.


"Canım Mehmet, bütün gecəni əlimdən tutduğun üçün sağ ol. Çünki çox həyəcanlı idim. Bu gün Beynəlxalq Qadın Hüquqları Günüdür. Məncə, önəmli bir gündür. Belə bir gündə belə dəyərli bir mükafat almaq çox dəyərlidir. Qadın məsələsi mənim üçün çox həssasdır: Mən bu mövzuda susmamışam və heç vaxt susmayacağam. Yenə çoxlu qadın öldürüldü. Çox qadın itirdik. Mən bu mükafatı 2018-ci ildə də eyni şəkildə almışam. Mən bunu həyatı məhdudlaşdırılan qadınlar üçün alıram", - deyə o bildirib.

Oxşar xəbərlər