Cəmiyyət
10-12-2021, 15:25
147
Nursultan Nazarbayevdən Azərbaycanla bağlı təklif
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının iclasında Azərbaycanın Aİİ-yə müşahidəçi statusunda dəvət edilməsini təklif edib.
Nazarbayev iclasda ittifaqın fəxri sədri kimi iştirak edib.
O, Azərbaycan və Ermənistan arasındakı münasibətlərə də toxunub:
“Mən Ermənistanla Azərbaycan arasında uzun illər davam edən fikir ayrılıqlarından sonra münasibətlərin yaxşılaşmasını ürəkdən alqışlayıram. Məncə, hamımız belə düşünürük”.
Onun sözlərinə görə, artıq müşahidəçi kimi qoşulmuş Özbəkistan nümunəsi hər kəsə “ilham verməlidir”:
“Məncə, Özbəkistan Respublikası bundan çox şey qazanıb”.
Qeyd edək ki, görüş videobağlantı formatında keçirilib.