Ramiz Novruzda xərçəng aşkarlandı
12-12-2021, 15:36
147

Ramiz Novruzda xərçəng aşkarlandı

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz təcili xəstəxanaya yerləşdirilib.
Aktyorun oğlu Cavidan Novruz bu haqda məlumat yayıb. O bildirib ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar.
İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub.
Aktyorun oğlu qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
 

Oxşar xəbərlər