Cəmiyyət
14-12-2021, 10:11
160
Avtobusda sərnişin huşunu itirdi, sürücü onu xəstəxanaya çatdırdı
Avtobus marşrutu dəyişərək sərnişini təcili xəstəxanaya çatdırıb.
Hadisə Mingəçevir şəhərinin əsas marşrut xətlərindən birində hərəkət edən avtobusda qeydə alınıb. Kimliyi hələlik məlum olmayan, təxminən 40-45 yaşlı qadın qəfildən huşunu itirib.
Avtobus sürücüsü təcili yardım xidmətini gözləmədən dərhal marşrutu dəyişərək huşsuz vəziyyətdə olan sərnişini xəstəxanaya çatdırıb.
Qadının şəhərdəki Kəlbəcər rayon məktəbində müəllimə işlədiyi bildirilir.