Nazir “Yüksəliş” müsabiqəsinin qalibinə yüksək vəzifə verdi - FOTO
15-12-2021, 10:13
143

Nazir “Yüksəliş” müsabiqəsinin qalibinə yüksək vəzifə verdi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Taksi Xidməti" MMC-də struktur dəyişikliklər aparılıb. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə MMC-nin baş direktoru əvəzi Samir Kərimov təyin olunub. MMC “189 TAXI” şirkəti ilə birgə işini quracaq. 
14.07.2021-ci il tarixində “Yüksəliş” müsabiqəsinin qalibi olan 1991-ci il təvəllüdlü Samir Kərimov “189 TAXI” şirkətinin icraçı direktorudur. 
Qeyd edək ki, "Bakı Taksi Xidməti" MMC-nin bundan əvvəl baş direktoru Fuad Əliyev idi.

Oxşar xəbərlər