Tanınmış aktrisaya qarşı ŞOK İTTİHAM: - Pulları alıb...
15-12-2021, 13:21
151

Tanınmış aktrisaya qarşı ŞOK İTTİHAM: - Pulları alıb...

Tanınmış aktrisa Nəzakət Məmmədova dələduzluqda ittiham olunur.

Bu barədə Lent.az-a zərərçəkən Emin Məmmədli məlumat verib.

O bildirib ki, aktrisa lotoreya oynamaq adı ilə ondan 200 manat alıb. Lotoreyada toplanan pulların ona veriləcəyi vaxt tamam oldan problem yaşanıb və zərərçəkmiş uzun müddət pulunu ala bilməyib.

E.Məmmədli pulunu geri almaq üçün bir neçə dəfə Nəzakət Məmmədovaya müraciət etsə də nəticə olmayıb. Daha sonra isə aktrisa onun telefon zənglərinə cavab verməyib.

E.Məmmədli hadisə ilə bağlı hələlik polisə şikayət etmədiyini də sözlərinə əlavə edib.

Lent.az tanınmış aktrisa barəsində səslənən ittihamları araşdırmaq üçün onun özü ilə əlaqə saxlayıb.

N.Məmmədova saytımıza açıqlamasında E. Məmmədlini yaxından tanıdığını bildirib. O, E.Məmmədli ilə aralarında yaranmış olan anlaşılmazlığın tezliklə həll olunacağını bildirib: “Lotoreya pulunu yığan qadın koronavirusa yoluxduğu üçün oyun dayandırıldı. Hamının pulunu hissə-hissə qaytardılar. Eminin də pulu qaytarılacaq. Məsələni öz aramızda həll edəcəyik”.

Oxşar xəbərlər