Cəmiyyət
15-12-2021, 14:22
148
Sabiq icra başçısı vəfat etdi (FOTO)
Qobustan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışov vəfat edib.
Bir müddət öncə infarkt keçirən keçmiş icra başçısı 67 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olan Rafiq Alışov 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib və 2016-cı ildə Bakı ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (saxta sənəd) maddələri ilə ittiham edilib. 2017-ci ildə isə səhhətindəki problemlərə görə amnistiya aktı çərçivəsində əfv olunaraq azadlığa çıxıb.