"Meta" 2021-ci ilin ən pis şirkəti seçildi
17-12-2021, 21:15
167

"Meta" 2021-ci ilin ən pis şirkəti seçildi

"Yahoo Finance"in sorğusuna əsasən, bu yaxınlarda "Meta" adlandırılan "Facebook" 2021-ci ildə dünyanın ən pis şirkəti olub.
Dekabrın 4-də "Yahoo Finance" sorğusunda 1500-dən çox respondent onu ilin ən pis şirkəti adlandırıb. Anketdə ikinci yeri Çinin e-ticarət nəhəngi "Alibaba" tutub.
Bəzi respondentlər "Facebook"un senzurasından şikayətlənsələr də, digərləri platformanı xüsusi olaraq COVID-19 pandemiyası ilə bağlı dezinformasiya ilə məşğul ola bilməməkdə günahlandırıblar. Çoxları da  şirkətin foto paylaşma proqramı olan "Instagram"ı yeniyetmələrin psixi sağlamlığına təsirində günahlandırır.

Oxşar xəbərlər