Cəmiyyət
20-12-2021, 13:23
143
FHN Yeni illə bağlı əhaliyə müraciət etdi - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında əsas təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir:
"Məlumdur ki, bu il də Yeni il bayramı koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf edir. Odur ki, özünüzün və əzizlərinizin təhlükəsizliyi üçün keçiriləcək Yeni il şənlikləri ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun (şənlik mərasimlərində qonaqların müəyyən olunmuş say məhdudiyyətinə əməl olunmalı, şənlik mərasimində xidmət göstərən heyət tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməli və s.) təşkil olunmalıdır.
Bununla yanaşı, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, Yeni il bayramında zəruri yanğın təhlükəsizliyi qaydalarına hər kəs riayət etməlidir. Belə ki:
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;