Bakıda 18 günlük körpənin qolu sındırıldı
20-12-2021, 15:55
142

Bakıda 18 günlük körpənin qolu sındırıldı

Bakıda 18 günlük körpənin qolu sınıb.
 
Lent.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxt ərazisində baş verib.
Məlumata əsasən, uşağın qolu beş yaşlı bacısı tərəfindən ehtiyatsızlıqdan sındırılıb. Belə ki, o bilmədən əlindəki telefonu körpənin qoluna vurub və nəticədə uşağın qolu sınıb.
Dərhal körpə valideynləri tərəfindən özəl xəstəxanalardan birinə aparılıb. Müayinəsi davam etdirilir.

Oxşar xəbərlər