Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
8-09-2020, 13:21
238

Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar

Aparıcı Hacı Nuran Hüseynov Tovuz döyüşlərindən şəhid olmuş Elşad Məmmədovun 6 aylıq oğlunun kirvəsi olacaq.
Bakıtv.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında məlumat verib. 
O, şəhidin övladı ilə fotolarını paylaşaraq tezliklə onun kirvəsi olacağını qeyd edib:
“Yenidən mənə doğma olan bir evdəyəm, Tovuz rayonunun Ağdam kəndində. Bu ev məni öz əzizi kimi qarşıladı. Bu ailə məni ən yaxın adamı kimi salamladı. O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi. Axı mən onun kirvəsi olacağam”.
Qeyd edək ki, Azərbaycan Ordusunun şhərbi qulluqçusu, baş əsgər 1996-cı il təvəllüdlü Elşad Dönməz oğlu Məmmədov iyulun 12-də Ermənistanın təxribatı nəticəsində şəhid olub.
 


Oxşar xəbərlər