Yüksək bal toplayan tələbə Bakıda dəm qazından boğularaq ölüb
27-12-2021, 10:58
315

Yüksək bal toplayan tələbə Bakıda dəm qazından boğularaq ölüb

Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev Bakıda dəm qazından zəhərlənərək vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, 22 yaşlı gənc bu universitetdə MBA üzrə magistratura təhsili alırdı. O magistraturaya qəbul imtahanında 93 bal toplayaraq, respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.
E. Əliyev 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək, 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan  maliyyə ixtisasına qəbul olub.
Həmçinin, 2017-2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.

Oxşar xəbərlər