
Cəmiyyət
27-12-2021, 18:24
135
Sabah bəzi rayonlarda qaz olmayacaq
“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə 28 dekabr saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.
Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.