"Hamilələrə vaksin vurulması tövsiyə olunur" - Teymur Musayev
28-12-2021, 18:14
170

"Hamilələrə vaksin vurulması tövsiyə olunur" - Teymur Musayev

Azərbaycanda hamilə və südverən analara vaksin vurulması tövsiyə olunur.
Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, ölkədə tək-tük hallarda hamilələr könüllü şəkildə koronavirus əlehyinə peyvənd vurdurur: “Yəni hamilələr arasında vaksinasiya halı elə də çox yayılmayıb. Artıq çəkisi olan, xroniki xəstəliyi olan hamilələr mütləq vaksin olunmalıdır. Bu ümumdünya praktikasıdır və heç nədən qorxmaq lazım deyil. Virusa yoluxan hamilələr xüsusi şəraitdə müalicə alırlar”.

Oxşar xəbərlər