Ölkədə süni tənəffüs aparatları ilə bağlı vəziyyət AÇIQLANDI
28-12-2021, 18:30
133

Ölkədə süni tənəffüs aparatları ilə bağlı vəziyyət AÇIQLANDI

“Bizdə klinikalarda oksigen aparatı bağlı vəziyyət tam sabitdir”.
Bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Teymur Musayev deyib. O bildirib ki, klinikaların balansında istər oksigen, istərsə də ən müasir dərmanlar var:
“Bilirsiz ki, Prezident tərəfindən qısa müddətdə kifayət qədər süni tənəffüs aparatları ölkəyə gətirilib. Azərbaycanda bu baxımdan heç bir problem yoxdur”.

Oxşar xəbərlər