"Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qələbəyə imza atdı, ağzı göyçəklər susdu" - Millət vəkili
29-12-2021, 16:45
338

"Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qələbəyə imza atdı, ağzı göyçəklər susdu" - Millət vəkili

Milli Məclisinin deputatı Elman Nəsirovun 32gun.az-a müsahibəsini təqdim edirik: 
-  Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında dedikləri müxtəlif reaksiyalara səbəb olub. Separatçı, özünü “Dağlıq Qarabağ Respublikası”nın prezidenti adlandıran Araik Harutyunyan Facebook-da yazıb ki, “Dağlıq Qarabağ ermənilərinin müqəddəratının həlli ilə bağlı qərarları yalnız onlar özləri verə bilər. Onlar üçün Qarabağın müstəqilliyi əsas hədəf hesab olunur və Azərbaycanın tərkibində hər hansı bir status qəbuledilməzdir”. Siz bu məsələyə necə münasibət bildirərdiniz?
Əvvəla onu qeyd edim ki, Nikol Paşinyanın son çıxışları ermənistan ictimaiyyətində etirazlara səbəb olub. Paşinyan müharibə dövrünün reallıqlarından çıxış edərək, mövqe ifadə edib. Həmin mövqe ondan ibarətdir ki, "Qarabağ Azərbaycandır".
O, etiraf edir ki, Dağlıq Qarabağ deyiləndə heç bir sənəddə o təkcə erməni icmasına məxsus olan ərazi kimi qeyd edilmiyib, o azərbaycanlıların, Azərbaycan icmasının ərazisi kimi qeyd edilib. Eyni zamanda o,  elə fikirlər səsləndirib ki, bu faktiki olaraq Ermənistanda Qarabağdakı mövcud rejimin tör-töküntülərindən imtina anlamına gəlir. Yəni onlar artıq Ermənistan siyasi hakimiyyəti üçün heç bir mənası yoxdur. Nəzərə alaq ki, ermənistan mətbuatıda yazır ki, Qarabağdakı separatçıları, erməni tör-töküntülərini saxlamaq üçün hakimiyyət 30 milyon vəsait xərcləyib. Ona görə də Ermənistan üçün bu gün lazım deyil ki, perspektivi, gələcəyi olmayan bir qondarma rejimi saxlasın, maliyyə xərclərini qarşılasın və onların təhlükəsizliyini təmin etsin. Bu reallıqların təsiri altında Paşinyan çox açıq bir bəyanatla çıxış edib. Və bu o deməkdir ki, Paşinyan hamıdan gözəl bilir ki, ordusu demək olar ki,  yoxdur. Revanşizmin heş bir perspektivi yoxdur, revanşizim yenidən müharibə deməkdir. Müharibəni etmək üçün Ermənistanın heç bir hərbi potensialı, maliyyə potensialı, insani resursları yoxdur. Belə olan halda populizmi kənara qoyub real addımlar atmaq lazımdır. Paşinyanın bu mövqeyini bu gün revanşislər, radikal-siyasi dairələr süngü ilə qarşılayır.
Qondarma rejimin tör-töküntülərinin başında dayanan Araik Paşinyana qarşı açıq bəyanatla çıxış edib. O bildirib ki, Paşinyanın Qondarma Dağlıq Qarabağın tör-töküntülərinin adından danışmağa heç bir hüququ yoxdur. Burdan belə bir vəziyyət yaranır ki, Paşinyan qondarma rejimdən imtina etdiyi üçün, onlarda Paşinyandan imtina edir. Və beləliklə onlar arasında açıq müstəvidə mübarizə başlayıb.
-  Sizin “Erməni əsgəri Azərbaycan əsgəri qarşısında qorxur. Onlar əyilə-əyilə gəzir” fikriniz də müzakirələrə səbəb olmuşdu. Bəs indi nə deyərdiniz?
- Bu ifadə o zamanlar çox məşhur idi və məni buna görə ittiham edirdilər. Bildiridilər ki, siz düz demirsiniz, şişirdirsiniz. Erməni əsgəri necə Azərbaycan əsgəri qarşısında əyilə-əyilə gəzir ki, həmin əsgərin ali baş komandanı olan Paşinyan Cıdır düzündə sərxoş vəziyyətdə öz arvadı, əsabələriylə rəqs edir, yallı gedir, bizi təhqir edir,  bizi aşağılayır, bizim qürurumuzu tapdalayır və sairə bu kimi ittihamlar var idi.
Mən isə deyirdim ki, "Son gülən, yaxşı gülər", "Cücəni payızda sayarlar".
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında bizim yenilməz ordumuz, qalib xalqımız tarixi qələbəyə imza atdıqdan sonra, həmin ağzı göyçəklər artıq susmağa başladılar.
Bundan sonra  jurnalistlər bu mözvu ilə bağlı mənə sual verəndə dedim ki, görünür mən çox yumşaq söyləmişəm, mən demişəm ki, bəli erməni əsgəri əyilə-əyilə gəzir mən yumşaq demişəm. Erməni əsgəri Azərbaycan əsgəri qarşısında əyilə-əyilə gəzmir, o, sürünür, iməkləyir. Mən fikrimdə dəyişiklik edirəm. Mənim mövqeyim bundan ibarətdir. Hadisələrin növbəti gedişatı mənim mövqeyimin düz olduğunu, onların isə qara qaragüruh olduğunu təsdiqlədi.
Devran Media | Mobile
- Hətta ölkə başçısı doğum günündə Şuşaya, Hadruta növbəti dəfə səfər etdi, tarixi qələbə ilə bağlı çıxışlarını təkrarladı.
Cənab Prezident ad günündə Hadrut və Şuşaya səfərlərini məqsədyönlü şəkildə edir. Çünki o, ad günün heç bir zaman evdə keçirmir. Vaxtı ilə 50 yaşı olarkəndə, ad gününü Ağcabədidə məhz məcburi köçkünlər ailələri ilə birlikdə keçirmişdi. Və indi də işğaldan azad olunmuş Qarabağda əsgərlərimiz, zabitlərimiz ilə birlikdə keçirdi, onlar qarşısında çıxış etməklə öz mövqeyini açıqladı. 
Eyni zamanda da sayca 7-ci dəfədir ki, müharibədən sonra Şuşaya gəldi. Cıdır düzündə vaxtı ilə Paşinyan sərxoş vəziyyətdə rəqs edirdi indi isə həmin Cıdır düzündə sayca 7-ci dəfədir ki, Cənab Prezident çıxış edir. Ölkə başçısı çıxışında Azərbaycan ictimaiyyətinə, erməni ictimaiyyətinə, dünya ictimaiyyətinə çox ciddi mesajlar ünvanladı. Və bir daha vurğuladı ki, bəli biz bu günə inanırdıq və həmin gün gəldi, biz torpaqlarımızı işğaldan azad etdik. Bu gün mən azad Şuşadayam. Ulu öndər vaxtında söyləyirdi ki, biz o torpaqlara qayıdacıyıq , inanın ki, qayıdacıyıq.
Prezident, birinci xanım və ailə üzvləri Şuşa şəhərində olublar
Özü inanırdı və bizidə inandırırdı. Həqiqətən də bu belədi və xaqlımızda gördü ki, cənab Prezidentin fəaliyyətinin mərkəzində Azərbaycan xalqı, vətəndaşı dayanır. Xalqın milli mənafeyi cənab Prezident üçün hər şeydən öncüldür. Ona görə də öz əziz gününü, yadda qalan gününü, 60 yaşını, yubiley yaşını yenədə də xalqın içində, işğaldan azad olunmuş torpaqlarımızda qeyd edir və bu özü bir örnəkdir.

Oxşar xəbərlər