Ermənilərin yaraladığı şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
30-12-2021, 10:56
179

Ermənilərin yaraladığı şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlusilahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ilkin araşdırmalarla "Bakcell MMC"-nin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd), 29, 120.2.11(quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd), 228.3-cü (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
***
00:28
Qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Bakcell MMC" əməkdaşına atəş açıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Yeddi xırman adlanan ərazisində qeydə alınıb.
Belə ki, ərazidə peşə fəaliyyəti ilə məşğul olan 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlu erməni silahlıları tərəfindən atəşə tutulub.
Nəticədə o, qolundan güllə yarası alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Onun həyatı təhlükəsinin olmadığı bildirilib.
Ermənilərin yaraladığı şəxslə bağlıRƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Ermənilərin yaraladığı şəxslə bağlıRƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Oxşar xəbərlər