Deputatdan iş saatlarının bölünməsi ilə bağlı TƏKLİF
30-12-2021, 11:35
127

Deputatdan iş saatlarının bölünməsi ilə bağlı TƏKLİF

“Saatlarla insanlar yollarda qalır, bunu tənqidlə də həll etmək mümkün olmur”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, insanların iş saatlarını bölmək olar:
“Bəzi ölkələrdə insanlar iş saatlarını özləri seçir. Bizdə də bu təcrübəni tətbiq etmək olar. 7-də işə gələn 3-də çıxsın. Bu, dünyada tətbiq edilən mexanizmdir. İşçilərin bir hissəsinin iş saatı 8-də, 9-da, 10-da başlasın. Bunu bizdə tətbiq etsək, insanlar 3-4 saat yollarda qalmazlar”.

Oxşar xəbərlər