“Azərsun Holdinq”ə məxsus daha bir şirkət ləğv olundu – SİYAHI
30-12-2021, 11:38
136

“Azərsun Holdinq”ə məxsus daha bir şirkət ləğv olundu – SİYAHI

Ölkənin aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”ə məxsus “Qafqaz Ticarət” MMC iştirakçıların ümumi yığıncağının qərarına əsasən “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetinin veb-saytında yerləşdirilib.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 2084-cü məhəllə (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 350A) ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Qafqaz Ticarət” MMC (VÖEN: 9900072201) 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 12 milyon 500 min manatdır və qanuni təmsilçisi Yusuf Kandemirdir.
“Sun Food” MMC (VÖEN: 9900020861) isə 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 110 milyon 20 manatdır və qanuni təmsilçisi İrfan Yılmazdır.
Onu da qeyd edək ki, bir neçə ay əvvəl “Azərsun Holdinq”ə məxsus iki konserv zavodu -  “Lənkəran-Konserv” ASC və “Qazax Konserv Zavodu” ASC ləğv olunduqlarını elan ediblər. 
“Lənkəran-Konserv” ASC 07.10.1997-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon  862 min 402 manat olan ASC-nin qanuni təmsilçisi Əliyev Nurlan İntiqam oğludur.
“Qazax Konserv Zavodu” ASC isə 27.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 158 min 572 manat olan ASC-nin qanuni təmsilçisi Özal Bakırdı.
Ölkədə “Azərsun Holdinq”ə məxsus 4 konserv zavodu – “Qafqaz Konserv Zavodu” (Xaçmaz şəhəri), “Biləsuvar Konserv Zavodu”,  “Lənkəran Konserv Zavodu” və “Qazax Konserv Zavodu” fəaliyyət göstərir.
Bu ilin əvvəlində isə “Azərsun Holdinq”in də pay sahibi olduğu "Caspian Pharmed" QSC (VÖEN: 1602868251) də ləğv olunduğunu elan edib.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 668 min manat olan "Caspian Pharmed" QSC 3 il əvvəl dövlət qeydiyatına alınıb. "Caspian Pharmed"in səhmdarları İranın "TPİCO" (49% pay), Azərbaycanın "Azersun Holdinq" (26% pay) və Azərbaycan İnvestisiya Şirkəti (25% pay) olub.
Dərman istehsalı ilə məşğul olacaq şirkətin ilk zavodunun təməlqoyma mərasimi 2017-ci ilin yanvar ayında Pirallahı Sənaye Parkında atılıb.

Oxşar xəbərlər