SOCAR-da maaşlar artırılır- ƏMR
31-12-2021, 12:33
176

SOCAR-da maaşlar artırılır- ƏMR

SOCAR və tabeli qurumlarda çalışan əməkdaşların əmək haqları artırılır.
Bununla bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidentinin 28 dekabr 2021-ci il tarixli xidməti yazısı nəzərə alınaraq, SOCAR-da çalışan işçilərin rifah halının yaxşılaşdırılması məqsədilə Dövlət Neft Şirkəti və Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi birgə qərar verib.
 1 yanvar 2022-ci ildən "Dövlət Neft Şirkətində işçilərin vəzifəməyinin ödənilməsi haqqında Əsasnamə”yə Əlavələrdə nəzərdə tutulan tarif (vəzifə) maaşları 20 faiz artırılır.

Oxşar xəbərlər