Dövlət qurumlarının işçilərinin diqqətinə: Fevralın 15-dən...
31-12-2021, 13:07
150

Dövlət qurumlarının işçilərinin diqqətinə: Fevralın 15-dən...

Gələn il fevralın 15-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının etibarlı olan COVİD-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatının və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədin, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb ediləcək.
Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında dəyişiklik edib.
Daha əvvəl 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının COVİD-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVİD-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələbi müəyyənləşmişdi.
Qeyd edək ki, 2022-ci il fevralın 15-dən COVİD sertifikatlarının etibarlılıq müddəti COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda müddətsiz olacaq.

Oxşar xəbərlər