Naxçıvanda Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlanıb
2-01-2022, 12:47
151

Naxçıvanda Amnistiya aktı ilə azadlığa buraxılanların sayı açıqlanıb

2021-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində 5 nəfər məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib, 4 nəfər məhkumun isə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatında bildirilib.
Qeyd olunub ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar qəbul edilmiş Amnistiya aktı 65 şəxs barəsində tətbiq edilib ki, onlardan 14-ü azadlıqdan məhrumetmə cəzasından, 2-si cinayət məsuliyyətindən azad edilənlər, 12-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılan məhkumlardır.
Xatırladaq ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub. Noyabrın 5-də qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Oxşar xəbərlər