Elarizin ABŞ-dakı bu fotosu marağa səbəb oldu - FOTO
5-01-2022, 12:20
142

Elarizin ABŞ-dakı bu fotosu marağa səbəb oldu - FOTO

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun “55” seriyalı (Şəki) dövlət nömrə nişanlı avtomobillə çəkdirdiyi şəkli sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi izləyicilər bunun montaj olduğunu qeyd edib.
“Qafqazinfo”ya danışan E.Məmmədoğlu fotonun real olduğunu bildirib:
“Avtomobili dostum gəmi ilə gətizdirib. Şəkil 2021-ci ilin noyabrında Nyu-York ştatının Bruklin şəhərində “Baku Nights” restoranının qarşısında çəkilib”.

Müğənni, həmçinin əlavə edib ki, dostu avtomobili elə Azərbaycanın qeydiyyat kodu ilə idarə edir.


Oxşar xəbərlər