Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən xəstəliyin səbəbləri
3-10-2019, 17:00
748

Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən xəstəliyin səbəbləri

Hər il pnevmoniyadan ölənlərin sayı artır. İnsanı xəstəxanaya çatdırırlar, 1-2 gün ərzində ölür və səbəb kimi pnevmoniya göstərilir.
Ötən həftə də Rusiyanın məşhur rejissoru Mark Zaxarov təkrar pnevmoniyadan dünyasını dəyişdi. Bu xəstəlik o dərəcədə amansızdır ki, varlı, kasıb, imkan, yaxşı xəstəxana və həkim fərqi olmur.
Milli.Az medicina.az-a istinadən Azərbaycanda da çox rast gəlinən pnevmoniya barədə ən vacib 6 suala tibbi cavabları təqdim edir.
1.Pnevmoniya hardan gəlir və necə yaranıb?
Ağciyərlərin və tənəffüs yollarının iltihabını yaradan 30 müxtəlif virus var. Virus pnevmoniyası daha çox rast gəlinir və yüngül keçir. Amma qrip ağırlaşması olaraq yoluxucu streptokokk bakteriyaları ilə iltihab baş verərsə xəstəlik ağır keçir.
Göbələklərin yaratdığı pnevmoniya isə immuniteti zəif insanlarda baş verir.
Bir çox iri xəstəxana və əməliyyatxanalarda virus və göbələklərdən xəstəxanadaxili pnevmoniyaya tutulmaq olur.
Hətta ən ciddi dezinfeksiya və antiseptika olunan tibb müəssisəsində belə risk var.
Aspirasion pnevmoniya isə qida və ya selik, tüpürcək nəfəs yollarına düşdükdə  baş verir. Bu nevroloji problemləri olanlarda və içki içənlərdə rast gəlinir.
2.Kimlər pnevmoniyaya tutulur?
Fərq yoxdur, kim olursa olsun. Əgər orqanizm zəifləyibsə, immunitet düşübsə, hətta adi soyuqdəymə belə pnevmoniya verə bilər. Risk daha çox 2 yaşına kimi uşaqlarda, 60 yaşından yuxarı yaşlılarda, siqaret çəkənlərdə, QİÇS xəslərində, kimyaterapiya alanlarda, xroniki ağır xəstəliyi olanlarda, ağır əməliyyat keçirənlərdə yüksəkdir.
3.Pnevmoniya hansı hallarda öldürür?
Bir çox xəstələrdə sepsis inkişaf edərək ağciyər, ürək çatışmazlığı baş verir. Orqanizm infeksiyaya çox kəskin reaksiya verəndə orqanizmin ayrı-ayrı hissələrində iltihab ocaqları yaranır. Buna görə əsas ürək və ağciyərlərin işini pozur.
Sepsis immuniteti zəif olanlarda, azyaşlı uşaqlarda, yaşlı insanlar, hamilələr, xroniki siqaret çəkənlərdə çox yaranır.
 
4.Pnevmoniya müalicə olunurmu?
Pnevmoniya adı eyni olsa da özü müxtəlif olur və müalicəsi də eyni deyil. Əgər xəstəliyi bakteriyalar yaradıbsa, antibakterial müalicə aparılır. Əgər göbələk yaradıbsa, göbələk əleyhinə aparılır. Əgər virus yaradıbsa, virus əleyhinə terapiya edilir.
Qızdırmasalıcı, ümumi gücləndirici, çox miqdar maye də vacibdir.
Ağır hallarda mütləq xəstəxana rejimində müalicə olmalıdır
5.Necə qorunmalı?
Əsas səbəb qrip və viruslardır. Ona görə qrip ştamlarına görə ildə peyvənd olunmaq yaxşı olardı. Eləcə də pnevmakokka qarşı vaksin var. Qrip epidemiyası mövsümündə ictimai nəqliyyat, ticarət mərkəzləri, kütlə içində az olun. Əlləri tez-tez yuyun, dezinfeksiya edin. İmmuniteti möhkəmləndirmək üçün qida, idman, hava, yuxu rejimi gücləndirin. Qrip olanda işə, dərsə getməyin, mütləq yataq rejimində olun
6.Hansı hallarda həkimə getməli?
Pnevmoniyanın birinci əlaməti təngnəfəslik, irinli bəlğəmli öskürək, 39 dərəcə qızdırma, titrəmə və boğulmadır.
Ümumiyyətlə, 3 gündən artıq getdikcə əlamətləri zəifləməyən halda dərhal xəstəxanaya gedib, qan analizi, rentgen və müayinələrdən keçmək lazımdır.

Oxşar xəbərlər