Cəmiyyət
6-01-2022, 15:52
159
Qazaxıstanda çaxnaşma yaratmaq istəyənləri KİMLƏR MÜDAFİƏ EDİR? - DEPUTAT ŞƏRH ETDİ
"Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı yanvarın 2-dən etibarən ölkənin bir neçə bölgəsində davam edən etiraz aksiyaları artıq kəskin xarakter almağa başlayıb. Almatıda qarşıdurma zamanı 137 polis əməkdaşı və 53 mülki vətəndaş xəsarət alıb. 190 nəfər tibb müəssisələrinə müraciət edib. Bəs, Qazaxıstanda çaxnaşma yaratmaq istəyənləri kimlər müdafiə edir və onların iç üzləri nədən ibarətdir? SİA məsələ ilə bağlı deputat Elman Nəsirovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, məntiqlə artıq etirazlar dalğası səngiməli idi. Amma biz əks prosesin getdiyinin şahidi olduq. Etirazçılar bir qədər də irəli getdilər və minlərlə mağaza yandırıldı, hökumət binaları ələ keçirildi, hüquq-mühafizə orqanları zərər gördü. Bundan başqa hüquq-mühafizə orqanları əməkdaşları qətlə yetirilib, mülki insanlar arasında da ölənlər var".
Deputat sözlərinə belə davam edib: “Etirazçıların sonrakı tələbləri göstərir ki, onlar hakimiyyəti ələ keçirmək, prezidenti istefaya göndərmək kimi tələbləri daha çox səsləndirməyə başladılar. Bunun nəticəsində hökumət istefaya getdi. Etirazçılar daha da şiddətə davam etdilər. Belə olan vəziyyətdə Qazaxıstandakı təhlükəsizlik məsələsi sual altına düşdü. Vəziyyəti qiymətləndirən Kasım-Jomart Tokayev Qazaxıstanın üzv olduğu Kollektiv Təhlükəsizlik Şurasına müraciət etdi ki, Qazaxıstanda iğtişaşların, terror və quldurluq əməllərinin qarşının alınması üçün hərbi dəstək göstərsin”.
“Qazaxıstan prezidenti xalqa müraciətində iğtişaşçıları terrorçu adlandırdı. Onları xaricdə təlim görmüş quldurlar kimi qiymətləndirdi. Radikal siyasi dairələr ünvanı səhv salırlar. Azərbaycan belə eksperimentlər üçün olan məkan deyil. Azərbaycanda bu tip inqilabların haqqında danışmaq belə absurddur. Çünki Azərbaycan xalqı öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Azərbaycan xalqı öz Ali Baş Komandanını qəhrəman adlandırır. O, öz xalqının 30 illik torpaq həsrətinə son qoyub. Azərbaycanda inqilab üçün heç bir zəmin yoxdur. Bizdə hakimiyyət birliyi var”.