"Həyat yoldaşımı son nəfəsində görməyə qoymadılar" - Əməkdar artist (VİDEO)
6-01-2022, 22:10
133

"Həyat yoldaşımı son nəfəsində görməyə qoymadılar" - Əməkdar artist (VİDEO)

Əməkdar artist Gülüstan Əliyeva  ATV kanalında yayımlanan "1 dəqiqə" proqramına qonaq olub.
Müğənni  proqramda  I Qarabağ müharibəsində şəhid olan həyat yoldaşı Zahid Əhmədovu son nəfəsində görə bilməməsindən danışıb.
Onun sözlərinə görə,  həyat yoldaşı pis vəziyyətdə olduğu üçün valideynləri onu onun yanına qoymayıb:
"Qaynatamgil qoymadı. Dedilər ki, gəlmə, vəziyyəti çox pisdir. İstəmir ki, sən onu o vəziyyətdə görəsən. Guya həyat yoldaşım deyib ki, gəlməsin, məni belə görməsin. Mənim bu həyatda qalmağımın səbəbkarı, məni ayaqda tutan, bu qədər güclü olmağa sövq edən, güclü göstərən, bu gün də mənim arxam, dayağım, sirdaşım, dostum – oğlumdur. O, kiçik olanda da həmişə dərdləşirdik. Mənə illər sonra dedilər ki, məni sayıqlayır. Çağırırmış ki, sözüm var, Rüfəti (oğlunu-red.) ona tapşırım. Amma heç kəs məni çağırmadı. Onun sözünü, son nəfəsini, istəyini eşidə bilmədim. Buna imkan olmadı".
Bildirək ki, ötən ilin sentyabrında G.Əliyeva şəhid həyat yoldaşı - Zahid Əhmədovun Cəbrayıl rayonundakı məzarını 30 ildən sonra ziyarət edə bilib.



Oxşar xəbərlər