Rəqsanənin qızı nişanlandı - FOTO/VİDEO
7-01-2022, 10:16
134

Rəqsanənin qızı nişanlandı - FOTO/VİDEO

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova subaylığın daşını atıb.
O, nişanlanıb. Bu haqda Aysun özü məlumat verib. O, sosial şəbəkə hesabında nişan üzüyünün görüntülərini yayımlayaraq sevdiyi insandan evlilik təklifi aldığını bildirib:
"Bu gün mənim həm doğum günüm, həm də həyatımın ən gözəl günüdür. Bu dəqiqə həyatımın adamından evlilik təklifi aldım. Ömrümün sonuna qədər  sənə "Hə" deyirəm. Çox xoşbəxtəm, ruh əkizim. Yaxşı ki, varsan! 2022-ci il ilk günündən mənə çox uğur gətirdi. Subaylığın daşını atdım. Allah bütün subaylara qismət etsin".


Oxşar xəbərlər