Şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlandı
7-01-2022, 12:52
130

Şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlandı

Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olmuşdur.
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Oxşar xəbərlər