Bakıda şagirdləri döyən direktorla bağlı YENİ AÇIQLAMA - FOTO
7-01-2022, 16:20
143

Bakıda şagirdləri döyən direktorla bağlı YENİ AÇIQLAMA - FOTO

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Təhsil İdarəsinin nümayəndələri direktor Zinyət Əhmədova tərəfindən döyülən şagirdlərin oxuduğu 9 nömrəli məktəbdə olublar. 
Bu barədə İctimai Şuranın sədri Günel Səfərova paylaşım edib.
Paylaşımda deyilir ki:
"Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olaraq bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri ilə birgə paytaxtdakı 9 nömrəli məktəbdə olduq. Məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlərlə və məktəb rəhbərliyi ilə görüşdük, səmimi söhbət etdik.
Məktəb idarəçiliyində müasir yanaşmaların, təhsilverənlərə və təhsilalanlara qarşı düzgün münasibətin formalaşdırılmasının zəruriliyini nəzərə çatdırdıq, şagirdlərə müvafiq tövsiyələr verdik.
Məsələnin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları tərəfindən araşdırıldığını nəzərə alaraq, araşdırmaların nəticələrinin qanunvericiliyin tələblərinə uyğun olacağına, müəllimin və məktəbin nüfuzunun qorunmasına, eləcə də müəllim-şagird münasibətlərinə xələl gətirən halların aradan qaldırılmasına xidmət edəcəyinə inanıram.
Ona da inanıram ki, məktəb direktoru barədə ciddi tədbir görüləcək".


Oxşar xəbərlər