Bakıda yaşayış binasında yanğın - Bir nəfər zəhərləndi, 17-si təxliyyə edildi
7-01-2022, 18:44
159

Bakıda yaşayış binasında yanğın - Bir nəfər zəhərləndi, 17-si təxliyyə edildi

Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 125 m² olan ofisin (fəaliyyət göstərmir) mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub, bir nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Ofisin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Oxşar xəbərlər