
Cəmiyyət
11-01-2022, 15:22
145
Deputat Elman Nəsirovdan üzr istədilər
Xaricdə milli dönüklərimizə "əlcək",Vətəndə isə "əl çək!" deyirlər
Əziz dostlar, son günlər milli dönüklər mənə qarşı şər-bohtan ifraz etmək kampaniyasını intensivləşdiriblər. Görünür fəal və prinsipial siyası mövqeyim onların yuxusuna haram qatıb. Ən pisi isə odur ki, sadə insanlar belə böhtan kampaniyasının özləri də bilmədən iştirakçısına çevrilirlər. Milli satqınların yaydığı dezinformasiyanı tirajlayırlar. Ancaq həqiqət gec-tez öz yerini tapır. Belə ki, dünən, 11 yanvar tarixində " El ucun" TV-nin saat 19:00 və 23:00 canlı buraxılışlarında internet televiziyanın rəhbərliyi feyk mənbələrə istinadən haqqımda dezinformasiya yaydığına görə tamaşaçılardan və məndən dəfələrlə üzr istədi. Ziyanın yarısından qayıtmağın özü belə xeyirdir.
Mən də öz növbəmdə "El ucun" internet TV-yə obyektiv yanaşmasına görə təşəkkür edirəm.
Bir daha üzümü sadə vətəndaşlara tutub bildirirəm ki, belə yalanlara uymayın. Erməni maraqlarına xidmət edən bu "məxluq" lar çoxdan milli kimliklərini unudublar. Avropa paytaxtlarında oturub, dövlətimizə, dövlətçiliyimizə, müzəffər Ali Baş Komandanımıza, vətənpərvər insanlarımıza, xüsusilə də fəal deputatlarımıza qarşı mütəşəkkil, məqsədyönlü və olduqca çirkin qarayaxma kampaniyası həyata keçirirlər. Məqsədləri indiki halda məni susdurmaqdır.
Üzümü antimilli ünsürlərə tutub deyirəm: aynaya diqqətlə baxın. Nə qədər miskin görünürsünüz. Əqidəsizlik və şərəfsizlik kimliyinizin sinoniminə çevrilib. Satıldığınız xarici yiyələrinizin sifarişlərini yerinə yetirmək həyat amalınızdır. Onlar da bir gün sizi lazımsız, istifadə olunmuş alcək kimi zibil yeşiyinə tullayacaqlar. Bax, əsl faciəniz onda başlayacaq. Xaricdə sizə "əlcək", Vətəndə isə " əl çək!" deyəcəklər. Sizə lap yazığım gəldi...
Ey milli dönüklər, unutmayın, mənə təzyiqləriniz mənə stimul verir. Məni dövlətçiliyimizin müdafiəsi naminə daha mübariz edir.
[media=https://youtu.be/ZsHZMdTwEIo]