Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir - FOTOLAR
12-01-2022, 15:17
134

Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir - FOTOLAR

Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilir.
 Report xəbər verir ki, mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.
Sonra Quran ayələri oxunub.
Ə.Vəzirov sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.
1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb.



Oxşar xəbərlər