Nazirdən bu şəxslərlə bağlı TƏYİNAT
12-01-2022, 15:52
400

Nazirdən bu şəxslərlə bağlı TƏYİNAT

Təhsil Nazirliyində yeni təyinatlar olub.
Nazirlikdən verilən məlumata görə, Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə Elnur Əliyev təyin olunub. Həmin şöbənin müdiri daha öncə Rəşad Tağıyev idi. O, Prezident İlham Əliyevin 2021-ci il 14 sentyabr tarixli sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Nazirliyin Elm, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli nazirin müşaviri təyin olunduğundan, həmin vəzifə Yaqub Piriyevə həvalə olunub.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzaliyev nazirin müşaviri təyin olunduğundan onun vəzifəsi Ceyhun Kərəmova həvalə edilib.

Oxşar xəbərlər