Valideynlərin nəzərinə - Bu sorğuların qəbulu dayandırıldı
12-01-2022, 18:48
150

Valideynlərin nəzərinə - Bu sorğuların qəbulu dayandırıldı

Bu gün saat 18:00 tarixindən etibarən şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlıdır.
Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Oxşar xəbərlər