5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundu
14-01-2022, 11:00
120

5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olundu

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinə yeni baş həkim təyin olunub.
KTM-nin mətbuat xidmətindən Mərkəzin direktoru Könül Ələkbərovun əmrinə əsasən, tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Hüseynzadə Vəfa Oruc qızı Mərkəzin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin yeni baş həkimi təyin edilib.
Qeyd edək ki, Vəfa Hüseynzadə bu vəzifəyə qədər Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (ETMGİ) Zahılıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Oxşar xəbərlər