Dövlətə xəyanətdə ittiham olunan Poroşenkonun məhkəməsi keçirilir
17-01-2022, 20:30
137

Dövlətə xəyanətdə ittiham olunan Poroşenkonun məhkəməsi keçirilir

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko Polşanın paytaxtı Varşava şəhərindən məhkəməsində iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyevə gəlib.
“RİA Novosti” xəbər verir ki, Poroşenko dövlətə xəyanətlə bağlı işinə baxılmalı olan Peçersk Rayon Məhkəməsinə gəlib.
Məhkəmə binasında tərəfdarları qarşısında çıxış edən eks-prezident məhkəmə iclasının “satqınlar tərəfindən təşkil edildiyini” deyib.
Daha sonra onun barəsində veriləcək qərarla bağlı məhkəmə iclasında fasilə elan edilib. Eks-prezidentin həbs olunacağı gözlənilir.
Qeyd edək ki, Poroşenko 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Prezidenti olub. Kiyev şəhərinin Peçerski Rayon Məhkəməsi yanvarın 6-da Poroşenkonun əmlakına həbs qoyub. O, dövlətə xəyanət də daxil olmaqla, bir neçə maddə üzrə ittiham olunur.

Oxşar xəbərlər