Tofiq Yaqublunun hər an həyatını itirmək təhlükəsi var
9-09-2020, 21:23
233

Tofiq Yaqublunun hər an həyatını itirmək təhlükəsi var

Vəkil Elçin Sadigov bu gün Tofiq Yaqublu ilə görüşüb.
Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib.
Nigar Həzinin sözlərinə görə, vəkil bunları deyib: "Dedi ki, "Tofiq Yaqublu çox zəifləyib və halsızdır. Güclə yeriyirdi. Baş ağrıları və baş gicəllənmələri var. Gözləri dərin çuxura düşmüşdü və temperaturu yoxdur".
"Tofiq Yaqublunun halı gündən-günə geriyə doğru gedir. Hər an həyatını itirmək təhlükəsi var. Bu qədər zəif və halsız olmağına baxmayaraq bildirib ki, mübarizə əzmindədir. Aclığı dayandırmaq barədə qətiyyən düşünmür: ""Ya AZADLIQ, ya ÖLÜM! Geriyə yol yoxdur! Fikrim qətidir. Sona qədər gedəcəm!"", - N.Həzi qeyd edib.
Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.
Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
T.Yaqublu ittihamları qəbul etmədiyini bildirir.
Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.(dominant.az)

Oxşar xəbərlər