Cəmiyyət
18-01-2022, 16:25
134
"Nəyə görə bağlanmalıdır?" - ETİRAZ
Dünən, yanvarın 17-də "AzərSuTikinti" Xəstəxanasının işçiləri xəstəxananın bağlanacağı ilə bağlı deyilənlərə etiraz ediblər. Onların sözlərinə görə, bu, Bakının Nizami rayonunda yerləşən yeganə dövlət xəstəxanasıdır: "Biz Nizami rayonunda olan yeganə dövlət xəstəxanasının bağlanmasına etiraz edirik. Nəyə görə bağlanmalıdır?".
DİA.AZ-ın məlumatına görə, onlar qeyd edib ki, koronavirus pandemiyası dövründə xəstəxananın bağlanması doğru deyil: "Prezidentimizdən xahiş edirik bununla maraqlansın və səsimizə səs versin".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış "Turan"a bildirib ki, hemodializ şöbəsi yerində saxlanmaqla, dörd cərrah, üç həkim-ginekoloq, iki lor həkimin fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub: "Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər".
O qeyd edib ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibi zamanı nəzərə alınıb.