Tağıyevin yeni açılan heykəlini bu günə qoydular - Araşdırılır (YENİLƏNİB+ FOTO)
19-01-2022, 10:07
117

Tağıyevin yeni açılan heykəlini bu günə qoydular - Araşdırılır (YENİLƏNİB+ FOTO)

Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi araşdırılır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin zədələnməsi barədə görüntülər yayılıb.
***23:49
Xəbər verdiyimiz kimi, bu gün Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı baş tutub. 

Açılışa Azərbaycan Prezidenti İlham Əliyev qatılıb. 
"İçərişəhər" metrostansiyasının yanında, "İstiqlaliyyət" küçəsində ucaldılan abidə gün ərzində şəhər sakinlərinin izdihamlı ziyarətinə səbəb olub.
Axşam saatlarında isə heykəlin görüntüləri yayımlanıb. Görüntülərdə H.Z.Tağıyevin təsbehinin sındırıldığı görünür. 
Hadisənin necə baş verməsi ilə bağlı məlumat yoxdur. 


Oxşar xəbərlər