Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə VERDİ
19-01-2022, 10:47
173

Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə VERDİ

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri  təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.

Oxşar xəbərlər