Pensiyalar neçə faiz artacaq? - AÇIQLAMA
19-01-2022, 15:30
125

Pensiyalar neçə faiz artacaq? - AÇIQLAMA

Ötən ilin inflyasiyası neçə faiz olursa, indeksasiya da ona uyğun aparılır. 
Bunu açıqlamasında iqtisadçı deputat Vahid Əhmədov deyib. 
Deputat bildirib ki, inflyasiya təxminən 6,8 faizdir, pensiyaların artımı da o səviyyədə olacaq. 
Qeyd edək ki, 1 milyon 100 mindən çox pensiyaçının pensiyası indeksasiya nəticəsində artacaq. Pensiya alan şəxslər indeksləşdirmə nəticəsində olan artımlarını fevral ayında almağa başlayacaq. Yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur. Yanvarla-fevralın artımı fevralda ödənilir. 

Oxşar xəbərlər